ANALYST STUDIO · ÖYRƏN · TƏHLİL ET · YARAT

Biznesi anla.
Texnologiyanı kəşf et.
Həll yarat.

Analitik düşüncə, real layihələr və müasir texnologiyaları bir araya gətirən praktiki öyrənmə məkanı.

Öyrən. Tətbiq et. İnkişaf et.

Analitik düşüncə və texnologiya bacarıqlarını real təcrübə ilə inkişaf etdirən tədris proqramlarımızla tanış ol.

BA-spring '27

BA-spring '27 — İT Biznes Analitikası

Biznes problemlərinin təhlilindən sistemlərin modelləşdirilməsinə, məhsul düşüncəsindən məlumat və süni intellekt alətlərinə qədər geniş praktiki tədris proqramı.

Müddət
6 ay
Həftədə
3 görüş
Format
2 onlayn, 1 əyani görüş
Tədris istiqaməti
5
  1. 1. Biznes analizi
  2. 2. İT və sistemlərin əsasları
  3. 3. Məhsul idarəetməsi
  4. 4. Məlumatların təhlili və SQL
  5. 5. Süni intellekt və avtomatlaşdırma
Proqram haqqında ətraflı

Hər yaxşı həll düzgün sualdan başlayır.

Analitik düşüncə problemi anlamaqdan başlayır və ölçülə bilən nəticə yaratmağa qədər davam edir.

Problemi anla

İstifadəçilərin ehtiyaclarını, biznesin məqsədlərini və mövcud prosesləri araşdır. Əsl problemin nə olduğunu müəyyən et.

Nəzəriyyədən real təcrübəyə.

Bizim üçün öyrənmək yalnız məlumat əldə etmək deyil. Əsas məqsəd həmin bilikləri real problemlərin həllində istifadə edə bilməkdir.

Real biznes nümunələri

Bankçılıq, maliyyə texnologiyaları, dövlət xidmətləri və digər sahələrdən real proseslər üzərində təhlil bacarıqlarını inkişaf etdir.

Praktiki alətlər

Jira, Postman, SQL, Figma, BPMN və digər alətlərlə tanış ol, onların real iş mühitində necə tətbiq edildiyini öyrən.

Komanda ilə iş

Qrup layihələri, müzakirələr və birgə tapşırıqlar vasitəsilə komanda daxilində işləmə bacarıqlarını inkişaf etdir.

Yekun layihə

Əldə etdiyin bilikləri praktiki layihədə birləşdir, həllini əsaslandır və təqdim etməyi öyrən.

Paylaşmağa dəyər fikirlər.

Biznes analizi, texnologiya, məhsul inkişafı və real layihə təcrübələri haqqında məqalələrimizi kəşf et.

02

GovTech-də sürət yeni innovasiyadır: İRİA-da Specification-Driven Development yanaşması ilə məhsul inkişafını necə dəyişdik

GovTech-də development sürətini artırmaq yalnız daha sürətli kod yazmaq demək deyil. Specification-Driven Development, API-First, paralel development və AI-assisted Business Analysis yanaşmalarının mygov ekosistemində delivery modelini necə dəyişdirdiyinə baxış.

  • GovTech
  • Specification-Driven Development
  • API-First
  • OpenAPI
Bəxtiyar Nəsibov12 dəq oxunuş
Bütün məqalələrə bax

Təcrübəni paylaşan insanlar.

Analyst Studio-da tədris real iş mühitindən gələn təcrübə və praktiki yanaşmalar üzərində qurulur.

Bəxtiyar Nəsibov — Biznes Analitikası şöbəsinin müdiri

Bəxtiyar Nəsibov

Biznes Analitikası şöbəsinin müdiri

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Vaqif Quliyev — Məhsul Sahibi

Vaqif Quliyev

Məhsul Sahibi

Azərbaycan Respublikasının Mərkəzi Bankı

NÖVBƏTİ QRUP

Növbəti addımını bizimlə at.

BA-spring '27 proqramının növbəti qrupunun 2027-ci ilin yanvarında başlaması planlaşdırılır.

Proqram və qəbul haqqında məlumat